Spam maillərə qarşı necə mübarizə aparmaq lazımdır?
Statiskaya görə spam maillər ümumi olaraq göndərilən maillərin yarısından çoxunu təşkil edir. Spam maillərin məzmunu əsasən reklamlardan ibarət olsa da, bəzi hallarda təhlükəli viruslara da rast gəlmək mümkündür. Bu səbəbdən də, spam maillərə qarşı diqqətli olmaq, onların qarşısını almaq üçün bəzi tədbirlər görmək lazımdır. Bunun üçün sizi spam maillərdən qoruyacaq bir neçə tövsiyəni sizinlə bölüşürük.Gələn maillərin ünvanlarını yoxlayın
Əgər bir mail sizə şübhəli və ya qəribə görünürsə, göndərənin mail ünvanına baxın. Bu tərz maillərdə insanları aldatmaq üçün adətən saxta və aldadıcı mail ünvanlarından istifadə olunur.Naməlum linklərə qarşı ehtiyatlı olun
Əgər göndərilən maildəki linklərin və ya faylların mənbəyi sizə tanış gəlmirsə, onları qəti şəkildə açmayın. Bu tip fayllar çox rahatlıqla cihazınıza virus yükləyərək sizə zərər verə bilərlər.Maillərin mətnini diqqətlə oxuyun
Spam mail göndərən şəxslər spam filtrindən yayınmaq üçün mail mətnlərində bilərək qrammatik səhvlərə yol verirlər. Ona görə də əgər sizə gələn maildə qəribə şəkildə yazılmış və davamlı olaraq səhv yazılan sözlər görürsünüzsə, mailin güvənliliyindən şübhə etməlisiniz.Spam maillərə cavab verməyin
Əgər sizə gələn mailin spam olduğunu düşünürsünüzsə, qəti şəkildə həmin mailə cavab verməyin. Bu mail ünvanınızın pis niyyətli insanların hədəfinə çevrilməsinə imkan yaradacaq. Spam maillə rastlaşdıqda heç tərəddüd etmədən onları silməlisiniz.Korporativ mailinizi diqqətli işlədin
Hərhansı bir sayt və ya onlayn xidmət üçün qeydiyyatdan keçərkən biznes mailinizi yox şəxsi mailinizi işlədin. Spammerlər adətən bu tip xidmətlərdən qeydiyyatdan keçən mailləri izləyərək onları öz siyahılarına əlavə edirlər.Spam maillərə qarşı mübarizə aparmağın bir çox yolu olsa da, onların ən önəmlisi maillərinizi açarkən maksimum şəkildə diqqətli olmağınızdır.