speedo

Biznesinizin imicini

maksimuma qaldırın

Peşəkarlığınızı mailinizə yansıtmaq üçün diqqət etməli olduğunuz məqamlar

Korporativ mail adresinə sahib olmaq sizi ilk baxışdan öz sahənizin peşəkarı kimi göstərməyə kömək etsə də, bunu tamamlamaq üçün maillərinizin də tam peşəkar səviyyədə yazıldığından əmin olmalısınız. Düzgün yazılmış maillər müştərilər və digər şirkətlərin diqqətini cəlb etməkdə və onların etibarını qazanmaqda çox böyük rol oynayır. Bu yazıda sizə mail yazarkən öz peşəkarlığınızı qorumağa kömək edəcək bəzi taktikalardan bəhs edəcəyik.

Düzgün terminologiyadan istifadə edin

Maillərin peşəkarlığını qorumaq üçün işgüzar üslubu qorumağa xüsusi diqqət ayırın. Yazdığınız maildə öz sahəniz uyğun düzgün terminlərdən istifadə etmək qarşı tərəfə peşəkar olduğunuz hissini ötürməyə kömək edəcək.

Qrammatik səhvlər etmədiyinizdən əmin olun

Maili yazıb bitirikdən sonra onu bir daha başdan sonra doğru oxuyun. Yazdığın mətndə heç bir qrammatik səhvə yol vermədiyinizə, cümlə quruluşlarının düzgün olduğuna diqqət yetirin. Qrammatik səhvlərin çoxluğu nəinki peşəkarlığınıza zərər verəcək, hətta insanların yazdığınız mailin spam olduğunu düşünməsinə belə səbəb ola bilər.

Mövzudan kənara çıxmayın

Yazılarınızı mümkün qədər qısa və dəqiq yazdığınızdan əmin olun. Eyni maildə sadəcə bir əsas mövzuya diqqət yetirməyə çalışın. Əgər izah etmək istədiyiniz mövzuya heç bir köməyi olmayacaqsa, digər mövzuları mailə daxil etməyin. Bu həm qarşı tərəfin vaxtına hörmət etdiyinizi göstərəcək, həm də mailinizi daha axıcı hala gətirəcək.

Düzgün mail strukturundan istifadə edin

Maili yazarkən düzgün yazılış strukturundan istifadə etməli olduğunuzu unutmayın. İşgüzar yazışmaların qaydalarına uyğun olaraq mövzuların ardıcıllığına, giriş və sonluğun səliqəli şəkildə yazılmasına diqqət edin. Mailin sonundakı imzanın peşəkarlığına nəzarət edin. Unutmayın ki, mail sizin şirkətinizin bütün imicinin yazılı formada təsviridir.

Hələ də sualınız var ? Biznesiniz üçün ən ideal variantı birgə təyin edək