speedo

Biznesinizin imicini

maksimuma qaldırın

Avtomatik mail funksiyasından necə və nə zaman istifadə etmək lazımdır?

Avtomatik maillər istifadəçinin hərəkətlərinə uyğun olaraq birbaşa sistem tərəfindən göndərilən mesajlardır. Avtomatik maillər hər bir istifadəçiyə şəxsi olaraq göndərildiyi üçün müştərilərə fərd kimi yanaşılmasına, şirkətlə müştəri arasında sıx münasibətlərin qurulmasına imkan yaradır. Bu yazıda sizə bu maillərdən əsasən nə üçün istifadə edildiyindən bəhs edəcəyik.

Təsdiq mailləri

İnsanlar alış-veriş etdikdə, hesab məlumatlarını yenilədikdə və ya öz mailləri ilə hərhansı bir şey üçün qeydiyyatdan keçdikdə cavab olaraq təsdiq maili gözləyirlər. Bu onlara etdikləri əməliyyatın uğurlu olduğunu bildirərək özlərini daha rahat hiss etmələrinə səbəb olur.

Bildiriş mailləri

Ən son yenilikləri, yeni kampaniyaları, istifadəçinin aktivliyi ilə bağlı xəbərlərin mail vasitəsilə göndərilməsi müştərinin özünü daha yaxşı hiss etməsi üçün imkan yaradır. Bu yolla müştəri şirkətə güvənərək vaxtına qənaət etdiyini düşünəcək.

Xatırlatma mailləri

Bu maillər müəyyən vaxt aralığı ərzində müştəriyə yarımçıq qoyduğu işlər, istifadə müddəti ilə bağlı xəbərdarlıqlar, qarşıdan gələn tədbirlər kimi bir sıra məlumatlar ötürülür.

Avtomatik mailləri digərlərindən fərqləndirən əsas xüsusiyyət onların tamamilə fərdi olması, yəni hər istifadəçiyə ayrı-ayrı atılmasıdır. Bu da şəxsi və gizli məlumatların bölüşülməsi üçün daha təhlükəsiz bir informasiya kanalı yaradır. Bu səbəbdən də xüsusilə xidmət sahəsində fəaliyyət göstərən şirkətlər üçün çox effektiv üsul hesab olunur.

Hələ də sualınız var ? Biznesiniz üçün ən ideal variantı birgə təyin edək