Korporativ mailə sahib olmağın şirkətiniz üçün yaradacağı imkanlar
Hal-hazırda biznes fəaliyyəti göstərən bütün uğurlu şirkətlərin öz korporativ mailləri olduğunu görə bilərsiniz. Bəs korporativ mailə sahib olmaq niyə bu qədər önəmlidir? Bu sizin şirkətinizə hansı üstünlükləri qazandırır? Bu yazıda bu suallara cavab tapa biləcəksiniz.
Müştərilərdə güvən yaradır
Korporativ mailinizdən davamlı mail alan müştərilər özünü şirkətinizin bir hissəsi kimi hiss edərək şirkətə qarşı daha çox güvən göstərəcək. Bunun üçün onlara ən son yenilikləriniz, xidmət və məhsullarınızı haqqında yaza, həmçinin maraqlı və informativ məzmunlu maillər göndərə bilərsiniz. Peşəkar səviyyədə yazılmış maillər müştərilinizin dəyər gördüyünü hiss etməsinə və onlarla daha güclü bağ qurmağınız üçün çox önəmlidir.
Saytınızın aktivliyini artırır
Korporativ mail ünvanı olaraq saytınızın domenini işlətdiyiniz üçün yazdığınız hər maildə müştərilər saytınızın mövcudluğunu xatırlamalı olacaqlar. Bu da onlara saytınızla maraqlanmaq və şirkətiniz haqqında daha çox məlumat almaq üçün stimul verəcək. Qısaca desək, bu şirkətiniz üçün pulsuz reklam funksiyası daşıyır.
Datalarınızı daha yaxşı qoruyur
Şirkətinizin şəxsi məlumatlarının təhlükəsizliyinin yüksək səviyyədə olması həm müştərilərin və işçilərin sizə olan etibarını qorumaq üçün, həm də biznesinizin daha yaxşı fəaliyyət göstərə bilməsi üçün çox önəmlidir. Korporativ mailə sahib olmaq sizə təhlükəsizlik məsələlərində olduqca kömək etməklə yanaşı, həm də məlumatlarınızın silinmə ehtimalına qarşı ehtiyat nüsxələrin saxlanılması xidməti göstərir.
Şirkətinizin əlaqələrini gücləndirir
İş dünyasında daim digər şirkətlərlə əlaqalər quraraq onlarla iş birliyi etməyiniz tələb olunacaq. Korporativ mailə sahib olmaq isə sizə rəqibləriniz qarşısında üstünlük yaratmaqla yanaşı, həm də digər şirkətlər tərəfindən daha ciddi qarşılanmağınıza səbəb olaraq partnyorluq şanslarınızı xeyli artıracaq.